"ARDNŞ-in istehsal etdiyi yanacaq "Euro-3" standartına cavab verir"

18:04 | 15.01.2014
"ARDNŞ-in istehsal etdiyi yanacaq "Euro-3" standartına cavab verir"

"ARDNŞ-in istehsal etdiyi yanacaq "Euro-3" standartına cavab verir"

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) istehsal etdiyi yanacaq «Euro-3» ekoloji standartının tələblərinə cavab verir.«APA-Economics»in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sadiq Abdullayev bildirib. Onun sözlərinə görə, ARDNŞ Heydər Əliyev adına Neft Emalı Zavodunda qurulan bütün avadanlıqlar «Euro-3» ekoloji standartına uyğun gəlir: «Euro-3» və «Euro-4» standartları arasında elə də böyük fərq yoxdur. Hazırda Komitə ilə ARDNŞ yeni tikiləcək neft-qaz və neft-kimya istehsalı kompleksində yeni standartların tətbiqi ilə bağlı birgə işlər aparır. Biz 1 minə yaxın yeni standart hazırlayacağıq ki, onlardan bu gün yalnız 50-si artıq hazırdır». S.Abdullayev bildirib ki, yalnız bu standartlar hazırlandıqdan və Bakıda 2023-2025-ci illərdə istifadəyə veriləcək yeni neft-qaz və neft-kimya kompleksi işə düşdükdən sonra «Euro-5» ekoloji standartına keçid barədə düşünmək mümkündür.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM