İngiltərənin "Arsenal" klubu yeni mövsüm üçün ilk transferini həyata keçirib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, London təmsilçisinin "Nürnberq"in hücumçusu Yosip Drmiçi transfer etdiyi iddia olunur.
Almaniya futbolunun canlı əfsanəsi Lotar Matteus "Sky" televiziyasından olan bir müxbir yoldaşına açıqlamasında "Futbolçunun həyat yoldaşı Londonda ev baxmağa başladı. Drmiç gələcək mövsüm Arsenal oyunçusu olacaq" deyib.
"Sürix" klubunun yetirməsi olan 21 yaşlı futbolçu 2,2 milyon avro müqabilində "Nürnberq"ə transfer olunmuşdu. İsveçrə yığmasının üzvü Bundesliqada keçirdiyi 27 oyunda 26 dəfə rəqib qapılarına yol tapıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !