"Arsenal"dan "Şalke"nin futbolçusuna 30 milyon avro

09:50 | 04.02.2014
"Arsenal"dan "Şalke"nin futbolçusuna 30 milyon avro

"Arsenal"dan "Şalke"nin futbolçusuna 30 milyon avro

Hücum xəttini gücləndirməyi planlaşdıran İngiltərənin "Arsenal" klubu növbəti hədəfini açıqlayıb.Qol.Az-ın "Daily Star"a istinadən verdiyi məlumata görə, London təmsilçisi "Şalke"nin hücumameyilli yarımmüdafiəçisi Julian Drakslerə "elçi" düşüb."Arsenal"ın baş məşqçisi Arsen Venger israrla 20 yaşlı futbolçunu komandasında görmək istəyir. Fransız mütəxəssis Draksleri zədədən əziyyət çəkən Teo Uolkotun alternativi kimi görür. "Topçular"ın gənc oyunçu üçün 30 milyon avro ödəməyə hazır olduğu bildirilir.Qeyd edək ki, "Şalke" yetirməsi olan almaniyalı futbolçu 2011-ci ildən əsas komandada forma geyinir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti