Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı" təsdiq edilib.Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin - "ASAN xidmət"in tabeliyindəki qurumların siyahısına hələlik yalnız bir qurum - "İnnovasiyalar Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti daxil edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !