FİFA "Barselona"dan sonra İspaniyanın daha iki güclü klubuna transfer qadağası qoya bilər.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, dünyanın ali futbol qurumu "Real" və "Atletiko"da 18 yaşdan aşağı yaş qruplarında edilən transferlərdə qanunsuzluğun olub-olmadığını müəyyənləşdirmək üçün araşdırmalara başlayıb.
Ancaq FİFA bu araşdırmaya hər hansı şikayətdən sonra deyil, yoxlama məqsədi ilə başlayıb.
Qeyd edək ki, Kataloniya təmsilçisi 18 yaşdan aşağı bəzi futbolçuların transferin qanunsuzluğa yol verdiyi üçün iki transfer dönəmində heyətinə oyunçu qata bilməyəcək. FİFA bununla bağlı araşdırmalara iki nəfərin müraciətindən sonra başlamışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !