"Avtoş"luq edən məmur balasının həbsi yalan çıxdı - AÇIQLAMA

10:09 | 19.04.2014
"Avtoş"luq edən məmur balasının həbsi yalan çıxdı - AÇIQLAMA

"Avtoş"luq edən məmur balasının həbsi yalan çıxdı - AÇIQLAMA

240 surətlə gedən Yevlax gömrüyünün rəisinin oğlu imiş
Sosialşəbəkədə ən çox baxılan videoroliklərdən biri də aeroport yolunda 2avtomobilin sürət yarışına çıxması haqdadır. Videorolikdə “BMW X6" və”Lada Priora" markalı avtomobillərin sürücülərinin ötüşdürdükləri əksolunur. Bir-birini ötmə yarışında hər iki avtomobilin sürət həddi 240km/s-dan çox olub.“Bizim yol” qəzeti məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovlaəlaqə saxlayıb. E.Zahidov deyib ki, söhbət sürət həddinin aşılmasından,yol hərəkəti qaydasının pozulmasından gedirsə, müvafiq tədbir görülür:“Radarlar, videomüşahidə cihazlarımız qeydə alırsa, sözsüz ki, sürücübarədə tədbir görülür”.Rəis müavini “DİN əməkdaşlarıxuliqanların kim olduğunu videogörüntülərlə araşdıra bilirlər” sualınabelə cavab verib: “Radarlar həmin görüntüləri çəkibsə, yəni onlarınhərəkəti radarlara düşübsə, adi qaydada digər sürücülər kimi, onlar dadəvət olunur və inzibati qaydada cəzalandırılır”.E.Zahidovvurğulayıb ki, sürət aşılıbsa və həmin sürət həddinin aşılması, qaydapozuntusu radarlara düşübsə, müvafiq qaydada da tədbir görüləcək.Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovisə deyib ki, artıq avtoxuliqanların kimliyi onlara məlumdur:“Axtarışları barədə iş gedir. Sənədləşdirilən kimi ad-soyadlarını sizədeyəcəm. Söz verə bilmirəm ki, bu gün onları tutacam, sənədləşdirib sizəbildirəcəm. Hər halda, nəzarət gücləndirilib, o maşınların axtarışı iləbağlı iş davam edir”. V.Əsədov deyib ki, web-saytlarda olan məlumatlarıizləyir, reaksiya verirlər: “Kimsə qaydanı pozub onun görüntülərini KİVvasitəsilə yayırsa, bunun məsuliyyətini də dərk etməlidir. Bundan əvvəldə 3 nəfər belə qayda pozuntusunu videolentə alıb, saytlardayerləşdirmişdilər. Onların 3-ü də saxlanıldı və sürücülük hüququndanməhrum edildilər”. “Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı vəkil Cavad Cavadovunfikrini öyrənib. Vəkil deyib: “Görüntülərdə avtomaşınların yüksəksürətlə idarə edilməsi göstərilsə də, bu həmin şəxslərin inzibatiməsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Çünki ”Yol Hərəkətihaqqında" Qanunun 83-cü maddəsinin 3-cü hissəsinə əsasən, müəyyənedilmiş hərəkət sürəti həddini aşmaq üzrə nəzarəti AzərbaycanRespublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnızxüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. Belə hallarımüəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir.Qanunun mənasına görə sürət həddinin aşmasının müəyyən edilməsi yalnızxüsusi cihazlarla ölçülür və bu hallar inzibati xəta haqqında icraatabaşlamaq üçün səbəb ola bilər. Bu səbəbdən bu görüntülər bunu etməyəəsas vermir".Vəkil bildirib ki, digər tərəfdən həmingörüntülərin nə vaxt aparılması da sual altındadır: “Çünki İnzibatiXətalar Məcəlləsinin 36.1. maddəsinə əsasən, İnzibati tənbeh inzibatixətanın törədildiyi gündən ən geci iki ay keçənədək verilə bilər”.Virtualaz.orgsaytı DİN-dəki mənbəyə istinadən yazıb ki, avtomobillərin sahibləriYevlax gömrüyünün rəisinin oğlu, DİN-də işləyən Həsənov Tural Əhməd oğlu və onun dostu Abdulbağırov Rahib olublar.DİNavtomobillə xuliqanlıq edən məmur balalarını saxlayıb və az sonraməhkəmənin qərarı ilə yüksək rütbəli gömrük məmurunun oğlu Tural Həsənov20 sutka azadlıqdan məhrum edilib. Onun “BMW X6" avtomobili ilə yarışaçıxdığı bildirilir.Həmçinin T.Həsənovu polis sıralarından qovublar. Digər avtoxuliqan isə 15 sutka həbs cəzası alıb.

Məlumatagörə, hüquq-mühafizə orqanları oliqarxların və məmurların qanunlarıtapdalayan balalarına qarşı yeni həbslər həyata keçirməyə hazırlaşır.

ANNET.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM