"Avtovağzal" stansiyası nə vaxt açılacaq? - Rəsmi

00:15 | 06.09.2014
"Avtovağzal" stansiyası nə vaxt açılacaq? - Rəsmi

"Avtovağzal" stansiyası nə vaxt açılacaq? - Rəsmi

Metronun tikilməkdə olan "Avtovağzal" stansiyası 2015-ci ildə təhvil veriləcək.Bunu Axar.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.Onun sözlərinə görə, stansiyanın gələn il Bakıda keçiriləcək Avropa Yay Oyunlarına qədər hazır olmasına çalışacaqlar.N.Paşayev gələcəkdə Bakıxanov stansiyasının da açılmasının planda olduğunu açıqladı.Qeyd edək ki, stansiyadan əsas çıxışlar həmişəki kimi hər iki başda olacaq. Bu çıxışlardan başlayaraq yollar müxtəlif istiqamətlərə yönləndiriləcək. Bütün çıxışlar nəzərə alınmaqla, 18-20 metr dərinlikdə yerləşən stansiyada 20 eskalator quraşdırılacaq. Çıxışlardan biri uzadılaraq Beynəlxalq Avtovağzal kompleksinə çatdırılacaq. Daha bir çıxış avtovağzalın qarşısındakı dairədə olacaq. Sonrakı çıxış isə avtovağzalın həyətində yerləşəcək. Bu isə bölgələrə gedən və oradan şəhərə hərəkət etmək istəyən sərnişinlərin rahatlığını tam əhatə edəcək. Əlbəttə, avtovağzaldan stansiyaya qədər məsafə böyük olduğundan burada travolatorların quraşdırılması da nəzərdə tutulub.Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 18 mart sərəncamı ilə təsdiq etdiyi perspektiv inkişaf sxemi və 2011-15-ci illərin Dövlət Proqramına uyğun olaraq, Bakı Metropoliteni 2030-cu ildə 5 xətt üzrə 76 stansiya və 5 elektrik deposundan ibarət olacaq. Dövlət Proqramı əsasında, hazırda 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteninin Bənövşəyi xəttinin inşası davam etdirilir. Tikintinin birinci beşillik planına görə, bu xəttin 5 stansiyası inşa olunacaq. 12 stansiyadan ibarət olacaq bu xətt Beynəlxalq Avtovağzal Kompleksindən başlamaqla Qaraçuxur qəsəbəsinə qədər uzanacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb