"Avtovağzal" stansiyasında eskalator quraşdırılır - FOTO

12:04 | 24.12.2013
"Avtovağzal" stansiyasında eskalator quraşdırılır - FOTO

"Avtovağzal" stansiyasında eskalator quraşdırılır - FOTO

Gələn il istismara verilməsi planlaşdırılan "Avtovağzal" stansiyasında avadanlıqların, o cümlədən eskalator və travolatorların quraşdırılmasına başlanılıb.

Bakı Metropoliteninin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, eskalator və travolatorlar Almaniyanın "Tüyssen Krupp" şirkətinin məhsuludur.Bundan əvvəl, alman şirkətinin eskalatorları "İçərişəhər", "Azadlıq prospekti", "Dərnəgül", "Koroğlu" və "28 May" stansiyalarında quraşdırılmışdı.25 il istismar müddəti olan "Tugela" tipli esklatorlar yığcamlığı, xidmət göstərilməsinin asanlığı, zərbələrə davamlığı ilə seçilir. Onlar Sovet dövründə istehsal olunmuş analoqları ilə müqayisədə daha etibarlı və təhlükəsizdirlər. Sürəti Avropa standartlarına uyğun, həm də səssiz-küysüz və titrəyişsizdir. Eyni zamanda, estetik görkəmi ilə də seçilir.Metropolitenin tarixində ilk dəfə travolatorlardan "Avtovağzal"da istifadə olunacaq. Üfqi vəziyyətdə hərəkət edən "Orinoko" tipli bu sərnişin konveyeri uzun tunellərdə rahat hərəkət vasitəsidir. Bu mənada əlil və uşaq arabaları ilə hərəkət edənlər, yaşlılar, fiziki imkanı məhdud insanlar üçün travolatorlar ən əlverişli hərəkət vasitəsidir. Onlar da, eskalatorlar kimi, səs-küysüzdür, titrəyişsizdir və buna görə istifadə zamanı maksimal komfortu təmin edir.Stansiyada görülən digər işlərə gəlincə, döşəmə və divarlarının mərmər-qranit təbəqəsi qoyulmuş platformanın, həmçinin 2-ci və 6-cı çıxışların tavanları şpaklyovka olunur. 1-ci vestibüldə tavanın metal konstruksiyası quraşdırılır. 5-ci və 6-cı çıxışda həm də pilləkənlərin yan divarlarının mərmər təbəqəsi döşənir. Xidməti otaqlarda isə son tamamlama işləri davam etdirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM