"Azerbaijan Land of fire" - daha bir nəhəng klubun formalarında?

16:17 | 26.05.2014
"Azerbaijan Land of fire" - daha bir nəhəng klubun formalarında?

"Azerbaijan Land of fire" - daha bir nəhəng klubun formalarında?

Portuqaliya yeni iddia ilə çıxış edibPortuqaliya KİV-i belə hesab edir ki, “Azerbaijan. Land of fire” şüarı 2015-ci ildən “Portu”nun futbolkalarında əks edilə bilər.Azerisport.az xəbər verir ki, portuqaliyalı jurnalistlər “Portu” və azərbaycanlı iş adamı Hafiz Məmmədov arasında gedən danışıqlara görə belə qənaətə gəliblər: “Hazırda “Portu” Portugal Telecom tərəfindən dəstək alır. Müqavilə gələn ilin yayında başa çatır. Ancaq 2015/16-cı illər mövsümündən “Portu” futbolkalarında “Atletiko”da olduğu kimi, “Azerbaijan. Land of fire” şüarı əksini tapa bilər ki, bu da Qafqaz ölkəsinin reklam vasitəsidir”, Portuqaliya KİV-i yazır.Həmkarlımızın məlumatına gör, ilkin danışıqlar keçirilib: “Bu, azərbaycanlı iş adamı Hafiz Məmmədovun “Portu”ya sevgisi haqda fikir bildirməsindən sonra xüsusilə, real ola bilər. Klubun sahibkar tərəfindən investisiyalaşdırılması ehtimalı var, belə ki, aon aylar ilkin danışıqlar gedib”.Bununla yanaşı, portuqaliyalılar müqavilə bağlanması ehtimalının böyük olduğuna işarə vurublar: “Portu” Portugal Telecomla 2011-ci ildə 4 il müddətinə bağladığı müqaviləyə görə 14,6 milyon avro alacaq. Bu əsnada, “Atletiko” Məmmədovla əməkdaşlığının birinci ili üçün 12 milyon avro alıb. Sonra isə onlar arasında müqavilə daha 18 ay müddətinə uzadılıb və gələn yay başa çatacaq ki, “Portu”nun da müqaviləsi bu vaxt sona yetəcək”, Portuqaliya KİV-i qeyd edib.ANS PRESS 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti