"Azərbaycan diversantları" erməni mayoru öldürüb

11:39 | 14.07.2014
"Azərbaycan diversantları" erməni mayoru öldürüb

"Azərbaycan diversantları" erməni mayoru öldürüb

Azərbaycan “diversantları” tərəfindən öldürülmüş zabit mayor olub.  Axar.az xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Arçrun Ovanisyan öz Feysbuk səhifəsində çıxış edib. O, ötən gün Ermənistan ordusunun bir zabitinin azərbaycanlı “diversant” tərəfindən öldürüldüyünü bir daha təsdiqləyib və öldürülən mayorun adını açıqlayıb: Sarqis Abramyan. Qeyd edək ki, Ermənistan tərəfinin yaydığı iddiaya görə, Azərbaycanın iki “diversantı” Kəlbəcər istiqamətində cəbhə xəttini keçib. Yaxalanan şəxslərdən birinin Tərtər rayon sakini olduğu bildirilir, digər “diversant”ın isə öldürüldüyü söylənilir.  Azərbaycan Müdafiə Nazirliyi əsir düşən şəxsin Silahlı Qüvvələrdə xidmət etmədiyini bəyan edib. Öldürülən “diversantın” kimliyinə aydınlıq gətirilmədiyindən, bununla bağlı hər hansı açıqlama da verilməyib.   Xatırladaq ki, Kəlbəcərdə həbs edildiyi bildirilən və “diversant” kimi təqdim edilən şəxs 46 yaşlı Tərtər rayon Qapanlı kənd sakini, KamAZ sürücüsü Şahbaz Cəlal oğlu Quliyevdir. Ş.Quliyevin mülki vətəndaş olduğu və əsir götürüldüyü ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası artıq Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM