Bunu Ermənisatının keçmiş Qarabağ döyüşçüsü etiraf edib
"Azərbaycan ordusunun nə etdiyini, nələr planlaşdırdığını bilmək olmur”. ANS PRESS-in məlumatına görə, Ermənistan Qarabağ müharibəsi Veteranlar Şurasının sədri Yura Mikaelyan son vaxtlar cəbhədə yaranmış gərginliyə münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, bu səbəbdən Ermənistan ordusu hər an müharibəyə hazır olmalıdır.
“Allah göstərməsin, Qarabağ müharibəsi başlasa, gərək biz buna hazır olaq. Əsgərlərin döyüş ruhunu qaldırmaq lazımdır”, deyə keçmiş döyüşçü deyib.
Təsadüfi deyil ki, cəbhədəki son hadisələrdən sonra Ermənistanın Qarabağ müharibəsinin döyüşçüləri tez-tez bəyanatlar verməyə başlayıb. Çünki cəbhədəki son döyüşlər Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Erməni kəşfiyyat-təxribat qrupunun basqınları zamanı qarşı tərəf xeyli itki verdiyinə görə, erməni əsgərlərdə ruh düşkünlüyü yaranıb. Ötən həftə isə 4 erməni diversantın zərərsizləşdirilməsi üçün keçirilən əməliyyat qarşı tərəfi çaşdırıb. Belə ki, hərbçilərimiz onların daha yaxın məsafəyə gəlməsinə imkan yaratmış, daha sonra onları tələyə salaraq məhv etmişdi.
ANN.Az