"Azərbaycan Qarabağı geri ala bilməyəcək" - Rus tarixçi

15:52 | 24.11.2014
"Azərbaycan Qarabağı geri ala bilməyəcək" - Rus tarixçi

"Azərbaycan Qarabağı geri ala bilməyəcək" - Rus tarixçi

ANN.Az xəbər verir ki, rus tarixçi, eləcə də eləcə də Şimali Qafqaz və islam elmləri üzrə tədqiqatçı professor Aleksey Malaşenko Orta Şərqdə, eləcə də Cənubi Qafqazda baş verən siyasi proseslər haqqında məqalə dərc edib.Həmin məqalədə Malaşenko Azərbaycan-Ermənistan arasında yaşanan son kelikopter hadisəsinə toxunub. O, Rusiyanın mövcud siyasi mövqeyini qoruyacağı təqdirdə Azərbaycanın Qarabağı geri ala bilməyəcəyini, yalnız Rusiyanın yıxılması və Osmanlı imperiyasının yenidən qurulması fonunda hadisələrin fərqli məcraya yönələ biləcəyini dilə gətirib.Tədqiqatçı eyni zamanda İŞİD-in böyük dövlətlər və ya kəşfiyyat qurumları tərəfindən yaradılmasına dair deyilən fikirlərə qatılmadığını söyləyib.Malaşenko İŞİD-lə bağlı dərc etdirdiyi məqalədə Rusiyada islamı çevrilişlə bağlı hər hansı bir ehtimalın olmadığını önə sürüb və əlavə edib. O, eyni zamanda Orta Şərqdə ABŞ və İngiltərə kimi ölkələrə qarşı döyüşən insanların öz xalqları və millətləri tərəfindən qərhəmana çevrilməsi məsələsini də müdafiə edib.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM