"Hazırda Azərbaycanda 30 min erməni yaşayır". ANS PRESS-in məluimatına görə, bunu “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşündə çıxış edən Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinin nümayəndəsi DQİDK sədri Mübariz Qurbanlı deyib. O, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsininin dini məsələ olmadığını qeyd edib:"Tarixəndə Azərbaycanda dini qarşıdurma qeydə alınmayıb. Ermənilərin torpağımızı işğal etməsi dini məsələ deyil. Bu açıq təcəvüzdür. Azərbaycanmda 30 min erməni var. Onların kilsələri var. Biz işğalçı dövlətin kilsəsinə toxunmamışıq. Onlar gəlib orada öz ibadətlərini edirlər".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !