"Azərbaycanda səslə idarə olunan robotlar hazırlanacaq".
ANS PESS-in məlumatına görə, bu barədə bu gün keçirlən "Bakutel 2013" sərgisinin mətbuat konfransında Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib. Nazir müavini bildirib ki, bu cür robotların hazırlanması ölkəmiz üçün çox əhəmiyyətlidir:
"Bizim səslə idarə olunan gözdən əlil insanlar üçün artıq mini kompüter yaradılıb. Bu səslə idarə olunan qurğudur. Biz planlaşdırırıq ki, gələcəkdə səslə idarə olunan robotlar hazırlansın. Bu ölkəmiz üçün çox əhəmiyyətlidir".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !