Hesablama Palatası "Azərsu" ASC-də yoxlamalar aparacaq. ANS PRESS-in Hesablama Palatasının saytına istinadən verdiyi məlumata görə, Palatanın 2013-cü il dekabr ayının 12-də keçirilən Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin (2012-ci ildə tikintisi (təmiri) başa çatmış obyektlər üzrə) istifadəsinə dair Audit Proqramı təsdiq olunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !