"Azəryolservis" rəsmisi etiraf etdi: "Dözülməz vəziyyət yaranıb"

15:37 | 19.06.2014
"Azəryolservis" rəsmisi etiraf etdi: "Dözülməz vəziyyət yaranıb"

"Azəryolservis" rəsmisi etiraf etdi: "Dözülməz vəziyyət yaranıb"

Həsən Əliyev (keçmiş İnqilab) küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Azər Əliyev küçəsinə qədər olan hissəsində dünəndən start verilən təmir işləri dayandırılıb.Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, buna səbəb qanunsuz parklanmalar olub:"İyunun 17-si saat 23:00-dan etibarən küçənin bir hissəsində aparılan təmir işləri üzündən avtomobillərin hərəkətinə qadağa qoyulmuşdu. Təmir işləri 7-10 gün müddətində yekunlaşmalı idi. Lakin avtomobillərin yolu kobud şəkildə zəbt etməsi nəticəsində burada dözülməz vəziyyət yaranıb: "Vəziyyət artıq o həddə çatıb ki, ərazidə təmir işləri aparmaq mümkün deyil. Məhz bu səbəbdən bu gündən etibarən işlərin aparılmasının mümkünsüzlüyünü görən "Azəryolservis" ASC-nin rəhbərliyi ərazidən bütün texnikaların çıxarılması barədə qərar verib."P.Mürsəliyev təmir işlərinin nə zaman bərpa olunacağı və yolun nə vaxt tam açılacağının məlum olmadığını deyir: "Avtomobil sahibləri bütün xəbərdarlıqlara baxmayaraq avtomobilləri ərazidən götürmürlər. Bu vəziyyətdə təmir işlərini davam etdirmək mümkün deyil. Təmirin nə zaman bərpa olunacağı və işlərin nə zaman yekunlaşacağını deyə bilmərəm".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM