Masazır gölü ətrafında yeni yolun inşasına və körpü tikintisinə başlanıb. Körpü tikintisi ilə bağlı işlərin müəyyən qismi görülüb. "Azəryolservis" ASC-dən verilən məlumata görə, Masazır gölünün yaxınlığında, Biləcəri-Novxanı-Sumqayıt yolunun 29,5-ci kilometrində yol qovşağı inşa olunur. Qovşağın uzunluğu 48 metr, eni - 33 metr olacaq. Yaxın vaxtlarda monolit atmaların montajına başlanacaq. Körpüyə 4-zolaqlı yol çəkiləcək (day.az).
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !