"Bakı" klubu baş məşqçisi Milinko Pantiçlə müqaviləni yeniləyəcək.
Bu barədə Qol.Az saytına açıqlamasında klubun icraçı direktoru Yaşar Seyidov məlumat verib.
Onun sözlərinə görə, Pantiç klub prezidenti Hafiz Məmmədovla görüşüb və tərəflər arasında razılıq əldə olunub. Y.Seyidov yaxın günlərdə serbiyalı mütəxəssislə 2017-ci ilə qədər müqavilə imzalanacağını bildirib.
Qeyd edək ki, Pantiç ötən ilin iyun ayından "Bakı" klubunu çalışdırır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !