"Bakı"nın 4 futbolçusu "Lans"da

21:55 | 08.01.2014
"Bakı"nın 4 futbolçusu "Lans"da

"Bakı"nın 4 futbolçusu "Lans"da

Bir müddət öncə “Bakı” Futbol Akademiyasının 5 yetirməsi 3 illik təlim-tədris üçün klubun əməkdaşlıq etdiyi Madrid “Atletiko”sunun Uşaq Futbol Akademiyasına oxumağa göndərilib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Bakı”nın prezidenti cənab Hafiz Məmmədovun şəxsi təşəbbüsü ilə gerçəkləşdirilən bu layihə ölkə başçısı cənab İlham Əliyevin “Azərbaycanda futbolun inkişafına dair 2005-2015-ci illəri əhatə edən dövlət proqramı”na dəstək xarakteri daşıyır. 

Eyni zamanda planlı şəkildə görülən bu işlər Azərbaycan futbolunun gələcəyinə hesablanıb. Belə ki, İspaniya klubunun akademiyasına yollanan 2000-2001-ci il doğumlu bu futbolçular 2016-cı ildə ölkəmizdə təşkil olunacaq 16 yaşadək futbolçular arasında Avropa çempionatında millimizin əsas heyətini təşkil edəcək.

Getdikcə bu siyasət geniş vüsət almaqdadı. Təqdirəlayiq işlərin davamı olaraq bu gün “Bakı” Futbol Akademiyasının daha dörd yetirməsi - Valeh Seyidov, Mahir Mədətov, Ülvi Süleymanov və Nicat Əsgərov uzunmüddətli təlim-tədris üçün daha bir tərəfdaş klub “Lans”ın düşərgəsinə yollanıb. Gənc futbolçular qarşıdakı həftələrdə “Lans”ın əsas komandası ilə birgə məşqlərə qatılacaq.

Qol.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM