"Baku Fires" klubu Ümümdünya Boks Seriyasının (WSB) 3-cü turu çərçivəsində səfərdə Polşanın “Hussars Poland” komandası ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, şərqi avropalılar buna qədər keçirdikləri hər iki görüşdə məğlub olduqlarından bu dəfə azarkeşlərini sevindirmək niyyətində idilər.
Ancaq komandamızın bütün boksçuları öz döyüşlərini qələbə ilə başa vurublar. Xüsusən 91 kq çəki dərəcəsində mübarizə aparan Denis Latipovun qələbəsi parlaq olub. “Baku Fires”in debütantı 1-ci raundda polşalı rəqibi Mateuş Malujdanı nokauta salıb.
Döyüşlərin nəticələri:
Hussars Poland - Baku Fires
49 kq. Arkadiuş Lubomski – Maqomed İbiyev – 45:50, 44:50, 44:50
56 kq. Marek Pieterçuk – Qairbek Qermaxanov - 47:48, 44:50, 45:50
64 kq. Damian Kivior – Heybətulla Hacəliyev - 46:49, 46:49, 46:49
75 kq. Pyotr Gredke – Jaba Xositaşvili – 45:50, 45:50, 45:50
91 kq. Mateuş Malujda – Denis Latipov - Latipov 1-ci raundda rəqibini nokauta salıb
Qrupun digər görüşlərində “Cuba Domaderos” doğma divarlar arasında Rusiyaya heç bir şans verməyib – 5:0. “Astana Arlans” isə “Mexico Gerreros” üzərində qələbə qazanıb – 4:1.
Turnir cədvəli
1. “Cuba Domaderos” – 9 (3 görüş)
2. “Astana Arlans” – 9, (3)
3. “Baku Fires” – 6, (3)
4. Rusiya – 4 (3)
5. “Mexico Guerreros” – 0 (3)
6. “Hussars Poland” – 0 (3)
“Baku Fires” növbəti görüşünü dekbrın 14-də Sankt-Peterburqda Rusiyaya qarşı keçirəcək.
ANN.Az