"Bank of Baku"dan təkzib - "Məlumat əsassızdır"

18:18 | 04.03.2014
"Bank of Baku"dan təkzib - "Məlumat əsassızdır"

"Bank of Baku"dan təkzib - "Məlumat əsassızdır"

Bu gün bir sıra kütləvi informasiya vasitələrində “Bank of Baku”-nun Müşahidə Şurasının sədrinin həbsinə dair əsassız məlumat yayılıb. Bununla əlaqədar “Bank of Baku” ASC-dən ANN.Az-a bildirilib ki, bankın Müşahidə Şurasının sədri Elçin İsayev heç bir dövlət orqanı tərəfindən saxlanılmayıb: "Yayılan məlumat tam əsassızdır və həqiqəti əks etdirmir. “Bank of Baku”-nun Müşahidə Şurasının sədri Elçin İsayev normal bank fəaliyyətini davam etdirir.“Bank of Baku”-nun baş ofisi və ölkə boyunca yerləşən filialları normal rejimdə işləməkdədir.Bu yaxınlarda 20 illiyini qeyd edən “Bank of Baku” ASC müştəriləri məmnun edəcək yeni məhsul və xidmətlərinin təqdimatına hazırlaşır".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb