"Barselona" azarkeşləri üçün ev oyunlarını keçirdiyi "Nou Kamp" stadionunun altında qəbristanlıq tikəcək. Fanat.az xəbər verir ki, 50 ildən 99 ilədək icarəyə verilməsi nəzərdə tutulan məzar yerlərinin qiyməti 3-6 min avro arasında dəyişəcək.
İlk mərhələdə qəbristanlıqda 500 yerin olması nəzərdə tutulub. Lakin yaxın gələcəkdə bu yerlərin sayı 30 minə çatdırılacaq.
Layihə ilə bağlı açıqlama verən klubun infrastruktur üzrə direktoru Josep Ramon Vidal-Abarka bunun azarkeşlərin istəyi ilə həyata keçirildiyini bildirib.
Layihənin həyata keçirilməsində "Barselona" ilə ortaq çalışacaq "Giem Sports" şirkətinin vitse-prezidenti Santi Bax layihənin "Memorial Space FC Barcelona" adlanacağını deyib: "Bu layihə klubla sonsuzadək bağ qurmaq istəyənlərə hörmət əlamətidi".
Qeyd edək ki, azarkeşlər üçün ilk dəfə qəbristanlıq inşa edən klubu "Boka Xuniors" olub. Argentina klubu 2006-cı ildə azarkeşləri üçün 3 min yerlik məzarlıq inşaa edib. Hətta Dieqo Maradona da bu qəbristanlıqda dəfn olunmaq istədiyini açıqlamışdı. "Boka Xuniors" azarkeşləri üçün həmçinin taksi şirkəti də qurub.
"Hamburq" isə Avropada azarkeşlər üçün qəbristanlıq tikən ilk klubdu. Almaniya təmsilçisinin 2008-ci ildən istifadəyə verilən qəbristanlıtında 500 məzar yeri var.
Fanat.az
Bizi sosial şəbəkələrdə izləyin !