"Barselona" Messini satır?

17:14 | 07.01.2014
"Barselona" Messini satır?

"Barselona" Messini satır?

"Barselona" klubunun rəhbərliyi Lionel Messini 2015-ci ildə satmağa hazırlaşır. Milli.Az Sports-a istinadən bildirir ki, bu barədə One World Sport-un müxbiri Dunkan Kaslz xəbər yayıb. Klubun prezidenti Sandro Rosel praqmatik biznes-modelə əsaslanan yeni strategiya hazırlayıb. Həmin strategiyaya görə, Argentina millisinin oyunçusu qiyməti ən son həddə çatdığı an satılmalıdır.  "Barselona" klubunun rəhbərliyi ümid edir ki, bu transfer komandaya 200 milyon avrodan artıq gəlir gətirə bilər. Bu, futbol tarixində nə bahalı transfer olmalıdır. Messinin statusu o dərəcədə artıb ki, artıq "Barselona"nın daxilində problemlər yaradıb. Məsələn, Xosep Qvardiola argentinalını oyunda əvəz edəndə o, Peplə məşq etməkdən  imtina edirdi. Bundan başqa, Rosel futbolçunun "Real Madrid"in forvardı Kriştianu Ronaldudan geri qalmamaq üçün əməkhaqqının artırılması istəyini də nəzərə alıb. Bu hadisə Messi ilə "Barselona"nın vitse-prezidenti Xavyer Faus arasında açıq-aşkar konflikt yaradıb. Qeyd edək ki, Neymarın alınması üçün "Barselona"nın böyük məbləğdə pul xərcləməsi də Messinin nümayəndələrinin xoşuna gəlməmişdi. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM