İSPANİYA MƏTBUATI İDDİA EDİR Kİ, KATALONİYA KLUBU ƏSAS HEYƏTİN FUTBOLÇULARININ ÇOXUSUNU SATMAĞA HAZIRLAŞIR
2013/2014 mövsümünü kuboksuz başa vuran "Barselona" heyətində böyük dəyişikliklər etməyə hazırlaşır.
Qol.Az-ın məlumatına görə, "El Mundo Deportivo" qəzeti yazıb ki, Kataloniya klubu əsas heyətdən beş futbolçudan başqa, digər bütün futbolçulara yaxşı təklif gələcəyi təqdirdə onları satacaq.
"Barsa"nın yeni mövsüm üçün heyətində Lionel Messi, Neymar, Andres İnyesta, Serxio Busgets və Jerard Pikeni saxlamağı düşündüyü iddia edilir. Sesk Fabreqas, Jordi Alba, Aleksis Sançes, Pedro Rodriqes, Dani Alveş, Kristian Tello, Aleks Sonq, Bartra kimi futbolçuların isə transferə çıxarılacağı gözlənilir.
Qeyd edək ki, komandanın təcrübəli futbolçusu Xavi Hernandezin "Barsa"da qalıb-qalmayacağı ilə bağlı qərarı özünün verəcəyi bildirilir.
ANN.Az