"Bavariya" prezidenti istefa verdi

18:41 | 14.03.2014
"Bavariya" prezidenti istefa verdi

"Bavariya" prezidenti istefa verdi

"Bavariya"nın prezidenti Uli Heness istefa verib.

Qol.Az-ın xəbərinə görə, o, özü klubun rəsmi saytına açıqlamasında bu barədə deyib. 27.2 milyon avronu vergidən yayındırdığı üçün 3 il 6 ay həbs cəzası alan klub prezidenti apelyasiya məhkəməsinə şikayət etməyəcəyini də bildirib:

"Ailəmlə danışıqlardan sonra məhkəmənin qərarını qəbul etməyə qərar verdik.  Vergidən yayınmaq mənim ən böyük səhvim oldu. İndi bunun cəzasını çəkməliyəm. "Bavariya"da prezidentlik vəzifəmdən də istefa verirəm. Bununla da klubu pis hadisələrdən qorumaq istəyirəm.  Yaxın dostlarıma və "Bavariya" azarkeşlərinə mənə dəstək olduqları üçün təşəkkürümü bildirirəm”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM