20 il öncə mayın 12-də Bişkek şəhərində Ermənistanın Dağlıq Qarabağı işğal etməsi nəticəsində yaranmış müharibə alovunu söndürmək üçün müqavilə imzalandı. Həmin müqavilə tarixə “Bişkek protokolları” kimi düşdü. Həmin tarixin 20-ci ildönümü ərəfəsində mətbuatda atəşkəs müqaviləsinin vaxtının bitdiyi barədə müxtəlif informasiyalar dolaşır. Yəni, həmin müqavilənin vaxtının bitdiyi və müharibənin başlayacağı barədə müxtəlif mesajlar verilir. Deyilənlərdən belə çıxır ki, ya müqavilənin vaxtı uzadılmalı, ya da müharibə elan olunmalıdır. Həqiqətən, müqavilədə müddət qeyd olunubmu?
ANN.Az məsələni dəqiqləşdirmək və yazılanların nə qədər gerçək olduğunu öyrənmək üçün politoloq Hatəm Cabbarlı ilə əlaqə saxlayıb.
H.Cabbarlı açıqlamasında yazılanların və deyilənlərin doğru olmadığı bildirib: “Bişkek müqaviləsi 20 illiyə imzalanmayıb. Bunu kim deyirsə, doğru deyil. Protokollarda hər hansı müddət yoxdur. Tərəflər istədiyi vaxt atəşkəsi poza bilərlər. Zatən 20 il ərzində mütəmadi olaraq pozulub da...”
Seymur
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !