"Bob Marli"nin adına narkotik markası yaradıldı

16:49 | 19.11.2014
"Bob Marli"nin adına narkotik markası yaradıldı

"Bob Marli"nin adına narkotik markası yaradıldı

"Reggi" musiqisinin əfsanəsi Bob Marlinin ailəsi sənətçinin adının dünyanın ilk qlobal narkotik və narkotik məhsulları markası olacağını açıqlayıb.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, "Marley Natural" markası müxtəlif narkotik növləri, kremlər və müxtəlif aksessuarlarda istifadə ediləcək. Yeni marka mərkəzi ABŞ-ın Seattle şəhərində olan "Privateer Holding" tərəfindən dövriyyəyə buraxılacaq.Bob Marlinin qızı Cedella Marley yaşasaydı atasının bu vəziyyəti məmnuniyyətlə qarşılayacağını söyləyib:"Atam insanların marixuananın qabaqlayıcı gücünü anladığını görməkdən çox xoşbəxt olardı".Qeyd edək ki, Bob Marli 1981-ci ildə xərçəng xəstəliyindən ölüb. Marley narkotiki Rastaferyan inancının əhəmiyyətli bir parçası olaraq görür və qanuni icazəsini dəstəkləyirdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM