Kaliforniyada Manteca Bələdiyyə Məclisi yekdilliklə şəhərdəki evsizləri maraqlandıran iki əhəmiyyətli qərara imza atıb. ANN.Az xəbər verir ki, bələdiyyə məclisinin qəbul etdiyi qərarlardan birində dekabrın 4-dən etibarən evsizlərin xüsusi mülkiyyətə aid bir yerdə yatması və ya düşərgə salması qadağan edilib. Qanun polisə mülk sahibindən icazə almadan evsizlərin yatdıqları sahədən dərhal çıxarılması səlahiyyəti verir.Xüsusilə böyük şəhərlərdə, evsizlərin parklarda və küçələrdə yatması böyük bir problem halına gələn ABŞ- da bəzi şəhərlərdə evsizlərə kömək edilməsi də qadağan olunub. 4 gün əvvəl Floridanın Fort Lauderdale şəhərində meydana gələn hadisə zamanı evsiz olan birinə yemək verən 90 yaşındakı Arnold Abbott adlı bir amerikalı nəzarətə alınıb. İsti bir bölgə olduğu üçün evsizlərin əsas məskunlaşdığı məkan olan Kaliforniyanın San Diyeqo şəhərində bələdiyyə məclisi də "BOMJ"ların şəhərdən çıxarılması üçün qərar çıxarmağı planlayır.Digər tərəfdən Arizonaya bağlı Phoenix və Utaha bağlı Tam Lake City kimi ABŞ-ın bəzi şəhərləri isə "BOMJ"larla bağlı problemə daha loyal yanaşaraq ''Birinci məskən'' kampaniyasıyla bu problemi həll edərək nümunə göstəriblər.ANN.Az