"Bomj"larla bağlı qətnamə qəbul olundu

08:55 | 17.01.2014
"Bomj"larla bağlı qətnamə qəbul olundu

"Bomj"larla bağlı qətnamə qəbul olundu

Yanvarın 16-da Avropa Parlamentinin deputatları qəbul etdikləri qətnamədə Avropa Komissiyasından evsizlərlə bağlı yeni strategiya hazırlanmasını istədilər. Bu haqda Avropa Parlamentinin mətbuat xidməti xəbər verib.

Qətnamə 349 lehinə, 45 əleyhinə və 118 bitərəf səslə qəbul olundu. Bununa yanaşı, qətnamə yaşayış yeri, göstərilən xidmətin keyfiyyəti, gənclər və beynəlxalq aspektlər kimi məsələlərə xüsusi diqqətin ayrılmasını tələb edir.Evsizlər məsələsində başlıca məsuliyyət üzv dövlətlərin üzərinə düşsə də, Aİ-nin oynayacağı rol az deyil. Bu məsələ yoxsulluqla mübarizə ilə bağlı “2020 Avropa Strategiyası”na və “Sosial investisiyalar” paketinə daxildir. Avroparlamentarilər vurğulayır ki, evsizlik nə cinayət, nə də həyat tərzidir. Onların ayrı-seçkiliyə və marjinallaşmaya məruz qalması halları ilə mübarizə aparmaq lazımdır.  (eunews.az)ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM