• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

"Bu gün yaranan kino Azərbaycan kinosunun dirçəlişinin başlanğıcıdır"

"Bu gün yaranan kino Azərbaycan kinosunun dirçəlişinin başlanğıcıdır"
06.12.2013 23:52

Bu gün Tiflisdə “Şərq Tərəfdaşlığı” ölkələrinin birgə kino istehsalı üzrə Avropa əməkdaşlığı proqramı ilə bağlı keçirilən ikigünlük beynəlxalq konfrans sona çatıb. 

Tədbirdə Azərbaycanı kinorejissor Ayaz Salayev və Azərbaycan Professional Kino Rejissorları Birliyinin sədri, kinorejissor Hüseyn Mehdiyev təmsil edib. Konfransda iştirak edən Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova, Ermənistan, Belarus, İsrail, Serbiya, Almaniya, Finlandiya və Polşadan olan kino xadimləri çıxış edib. Tədbirdə kino sahəsinə aid problemlərdən söhbət açılıb, kino çəkilişində əldə olunan təcrübə mübadiləsi, birgə kino çəkilişi ilə bağlı addımlar atmaq barədə təklif və rəylər dinlənilib.

 

Tədbirdə iştirak edən kinorejissor Ayaz Salayev APA-ya açıqlamasında Azərbaycanda son illər kino sahəsində irəliləyiş olduğunu bildirib: “Bu gün Azərbaycan Mədəniyyət Nazirliyi kino sahəsində böyük islahatlar aparır. Bu müsbət işin nəticəsidir ki, Azərbaycan kinosunun görkəmi dəyişib və kinoya gənc nəsil gəlib. Nazirlik Azərbaycan kinosu haqqında yeni təsəvvür yaradıb. Yeni yaranan filmlər festivallarda uğurla nümayiş etdirilir. Bu gün demək olar ki, Azərbaycan kinosunun dirçəlişinin başlanğıcıdır. Bunu mən yalnız Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlayıram. Mən öz filmimi nazirliyin maliyyə dəstəyi ilə çəkmişəm. Bu, festivalın proqramına daxil olan ilk filmimdir”.

 

Qeyd edək ki, dünən “Amirani” kinoteatrında Azərbaycan rejissorları tərəfindən çəkilən “Buqələmun” filminin nümayişi baş tutub. Azərbaycanlı rejissorlar Rüfət Həsənov və Elvin Adıgözəlli tərəfindən çəkilmiş bu film müsabiqədə iştirak etmək üçün festivalın proqramına daxil edilib.

 

Bu gün isə Tiflisdəki “Rustaveli” kinoteatrında kinorejissor Ayaz Salayevin çəkdiyi “Ağ-qara gecələr” filmi nümayiş olunub.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Tağıyev" filmi əslində 8 bölüm yazılıb- Aktyor
Mədəniyyət 16:00
"Tağıyev" filmi əslində 8 bölüm yazılıb- Aktyor
Corab satan aktyor Allahverdi Yolçuyev teatra bərpa olunub
Mədəniyyət 23:28
Corab satan aktyor Allahverdi Yolçuyev teatra bərpa olunub
Xalq artisti Arif Babayev reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır
Mədəniyyət 07:38
Xalq artisti Arif Babayev reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır
Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb
Mədəniyyət 18:24
Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
Mədəniyyət 19:50
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
Mədəniyyət 19:39
Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
Emin Ağalarovun konserti təxirə salınıb
Mədəniyyət 13:10
Emin Ağalarovun konserti təxirə salınıb
Nazirliyə tabe olan Alban kilsəsində inəklər gəzir- VİDEO
Mədəniyyət 14:05
Nazirliyə tabe olan Alban kilsəsində inəklər gəzir- VİDEO
Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb
Mədəniyyət 11:16
Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol