"Bu qətli Orxan Zeynalov törətməyib" - müttəhimin vəkilləri

21:33 | 05.08.2014
"Bu qətli Orxan Zeynalov törətməyib" - müttəhimin vəkilləri

"Bu qətli Orxan Zeynalov törətməyib" - müttəhimin vəkilləri

Rusiyada 17 il həbs cəzasına məhkum olunmuş Azərbaycan vətəndaşı Orxan Zeynalovun müdafiəçiləri məhkəmənin qərarından apellyasiya şikayəti verib.
ANS TV-nin Moskva Şəhər Məhkəməsinə istinadən verdiyi məlumata görə, Orxan Zeynalovun müdafiəçiləri onun qətl zamanı hadisə yerində olmaması və qətlin başqası tərəfindən törədilməsi iddiası ilə çıxış edib.
Qeyd edək ki, iyulun 28-də Moskva şəhər məhkəməsinin qərarı ilə O. Zeynalov Yeqor Şerbakovu qətlə yetirməkdə günahkar bilinib və ona 17 il həbs cəzası verilib.
Ötən il oktyabrın 10-da Rusiya paytaxtının Qərbi Birulyovo rayonunda 25 yaşlı Y. Şerbakovun qafqazlı tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və “skinhedlər” Qərbi Birulyovo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək orada çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. 
“Skinhedlər” polislərə də müqavimət göstəriblər. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.
Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı O. Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb.
O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədi ilə törətdiyini söyləyib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti