"Cəfər Cabbarlı" qara mərmərə bürünəcək

12:42 | 03.12.2013
"Cəfər Cabbarlı" qara mərmərə bürünəcək

"Cəfər Cabbarlı" qara mərmərə bürünəcək

Uzun müddətdir ki, Bakı metrosunun "Cəfər Cabbarlı" stansiyasının çıxışı acınacaqlı vəziyyətdədir. Pillələrin təmirə ehtiyacı var. Bu günlərdə həmin proses başlayıb.

Bakı Metropolitenindən Day.Az-a bildiriblər ki, "Cəfər Cabbarlı" metrosunun çıxışının divarları qara mərmərdən olacaq. Havalandırma sistemi dəyişdiriləcək, müasir işıq sistemi quraşdırılacaq. Stansiyanın silinmiş adı bərpa olunacaq. İşlər 2014-cü ilin mart ayına qədər davam edəcək.//Milli.Az

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM