Koka-Kolanın rəsmi səhifəsi haker hücumuna məruz qalıb.
Axar.az xəbər verir ki, günlərdir mediada İsrailin Qəzzaya hücumları üzündən boykot edilən Koka-Kolanın rəsmi internet səhifəsi (“coca-cola.com”) və Türkiyə səhifəsi (coca-cola.com.tr) Türkiyənin “Ay ulduz” haker qrupu tərəfindən sındırılıb.
Haker qrupu rəsmi Feysbuk səhifəsində belə məlumat paylaşıb: “Qəzzada ölən uşaqlara görə Koka-Kola səhifəsinə giriş bağlanıb”.
Daha sonra Koka-Kolanın Türkiyə səhifəsi bərpa olunsa da, “coca-cola.com” hələ də bərpa olunmayıb.
Bizi sosial şəbəkələrdə izləyin !