"DÇ-2014"ün F qrupunda ilginc hadisə baş verə bilər.Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, sabah bu qrupda İran Bosniya Hersoqovinaya, Argentina isə Nigeriyaya 1:0 hesabı ilə qalib gəlsə, İran və Nigeriyanın xalları bərabər olacaq.FİFA-nın qaydalarına əsasən, iki komandanın xalları bərabər olan zaman bu yığmaların öz aralarında oynadığı matçın nəticəsinə baxılır. İran - Nigeriya görüşü isə 0:0 hesabı ilə başa çatıb. Komandalar arasında hesab bərabər olduğu vaxt isə qrup mərhələsində millilərin vurduğu qollar nəzərə alınır. Maraqlısı budur ki, əgər son matçda nəticələr yuxarıda qeyd olunan kimi olarsa, yenə də bərabərlik olacaq. Belə olan təqdirdə isə FİFA-nın qaydalarına əsasən növbəti mərhələyə yüksələcək komanda püşklə müəyyənləşəcək.Xatırladaq ki, F qrupunda Argentina artıq 1/8 finala vəsiqəni təmin edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !