"Dakar" rallisində iki jurnalist həlak oldu

09:26 | 10.01.2014
"Dakar" rallisində iki jurnalist həlak oldu

"Dakar" rallisində iki jurnalist həlak oldu

"Ford Ranger" markalı avtomobil döngədə dönə bilməyib və uçuruma düşüb"Dakar" ralli-marafonu zamanı iki jurnalist həlak olub, onların maşını uçuruma düşüb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Argentina KİV-ləri məlumat verir.Hadisə cümə axşamı axşam saatlarında baş verib. Rallidə işləyən jurnalistlər avtomobildə Katamarka şəhərindən San-Miqel-de-Tukuman şəhərinə gediblər. Andalqala departamentində "Kuesta-del-Klavilyo" yolunda onların Ford Ranger markalı avtomobili döngədə dönə bilməyib və uçuruma düşüb.Ölənlər - iki argentinalı jurnalistlər olub. Avtomobildə olan daha iki nəfər sağ qalıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür