"Deputatın hər hansı dövlət vəzifəsini tutması Konstitusiyaya ziddir"

12:19 | 15.10.2014
"Deputatın hər hansı dövlət vəzifəsini tutması Konstitusiyaya ziddir"

"Deputatın hər hansı dövlət vəzifəsini tutması Konstitusiyaya ziddir"

Azərbaycan Mərkəzi Seçki Komissiyası YAP-ın Siyasi Şurasının üzvü Mübariz Qurbanlının deputatlıq mandatını ləğv etdi. Hakim partiyadan olan millət vəkilinin parlament mandatından məhrum edilməsinə səbəb, onun  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsidir. Bir sıra millət vəkilləri vardır ki, onların deputatlıqdan başqa bir neçə vəzifələri var. Görəsən, qanun deputatlara hansı hallarda və hansı vəzifələri tutmağa icazə verir? 

ANN.Az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa məsələyə aydınlıq gətirib. "Milli Məclisin deputatının hər hansı dövlət vəzifəsini tutması Konstitusiyaya ziddir. Həmçinin, millət vəkilləri, müxtəlif dövlət orqanlarının rəhbərləri illik Milli məclis qarşısında hesabat verməlidir. İkili sistemdə işləmək dövlətin qanunverici və icraedici hakimiyyət prinsiplərinin ciddi şəkildə pozulmasıdır. 

Bununla bağlı qanunvericilikdə müvafiq maddələr var. Elm təşkilatlarında, təhsil qurumlarında və dövlətin biznes qurumlarında işləyənlər millət vəkili ola bilərlər. Prezident Administrasiyasına tabe olan qurumlara vəzifəyə təyin olunanlar isə mütləq deputatlıq mandatı ilə sağollaşmalıdırlar. Sonuncu birbaşa Mübariz Qurbanlıya aiddir."

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM