ANN.Az xəbər verir ki, barəsində ölüm hökmü çıxarılan Xalid Şeyx Mühəmmədin fotosundan reklam fotosunda istifadə edilməsi ABŞ qəzetlərində xəbərə çevrilib. Ən əvvəl bu barədə ABŞ-ın "VOX" xəbər saytı yazıb, daha sonra digər media orqanaları buna yer ayırıb.
Fotodan istifadə edən Türkiyənin kosmetik şirkətinin yetkilisi bununla bağlı açıqlama vermək məcburiyyətində qalıb. Mehmet Can Yılmaz "Hurriyet Daily News"a açıqlamasında deyib ki, fotonu internet saytların birindən götürüblər: "İnternetdə populyar olan bir fotodur. Ona görə də reklamda istifadə etdik. Terrorçu olduğunu bilmirdik. Həm də yaman tüklü şəxsdir. Bəədn quruluşuna görə bizim məhsulumuza uyğun hesab elədik. Burada bizim digər hər hansı məqsədimiz yoxdur. Məsələnin bu dərəcə böyüyəcəyini bilmirdik".
ANN.Az