"Erməni qoşunu çıxmalıdır"

15:30 | 10.08.2014
"Erməni qoşunu çıxmalıdır"

"Erməni qoşunu çıxmalıdır"

"Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır".

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə 3 ölkənin (Rusiya, Azərbaycan və Ermənistan) prezidentləri ilə görüşündə deyib. 

"Bu münaqişə çox uzandı, inanıram ki, Vladimir Putinin iştirakı ilə danışıqlar prosesinə yeni təkan veriləcək. Rusiya prezidentinin dediyi kimi, münaqişənin həll edilməsi üçün hüquqi bazaya əsaslanan format mövcuddur. BMT Təhlükəsizlik Şurası bu münaqişənin həll edilməsi üçün 4 qətnamə qəbul edib. Orda dəqiq yazılıb ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal etdiyi torpaqlarından çıxarılmalıdır. Təəssüflər ki, olsun ki, artıq 20 il keçib, bu qətnamələr kağız üzərində qalıb. Hesab edirəm ki, Rusiya yaxın dost, tərəfdaş və qonşu kimi münaqişənin həll edilməsində mühüm rol oynaya bilər. Əminəm ki, yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll ediləcək. Biz danışıqların müsbət nəticəyə gəlinməsi üçün beynəlxalq hüquq normalarına əsaslanmalıyıq", - deyə İlham Əliyev bildirib.

ANS PRESS 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM