"Ermənistan rejimi münaqişənin uzanmasına görə birbaşa məsuliyyət daşıyır"

22:49 | 29.09.2014
"Ermənistan rejimi münaqişənin uzanmasına görə birbaşa məsuliyyət daşıyır"

"Ermənistan rejimi münaqişənin uzanmasına görə birbaşa məsuliyyət daşıyır"

"Təəssüf olsun ki, Xəzər zonasında regional təhlükəsizlik üçün başlıca hədə Ermənistanın Azərbaycan qarşı həyata keçirdiyi işğalçı siyasətdir". APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitində Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

Dövlət başçısı xatırladıb ki, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayon 20 ildən çoxdur ki, Ermənistanın işğalı altındadır: “Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox insan qaçqın düşüb. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal altındakı ərazilərdən dərhal çıxarılması haqqında qətnamələr qəbul edib. Təəssüflər olsun ki, Ermənistan bu qətnamələri rədd etməyi davam etdirir və konflikt həll olunmamış qalır. Münaqişə dünya ictimaiyyəti tərəfindən tanınan beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

 

Prezident bəyan edib ki, Ermənistanda mövcud olan diktatura rejimi müasir dünyanın həqiqətlərini ayıq qiymətləndirə və beynəlxalq hüququn normalarını adekvat qəbul edə bilmir: “Öz cəmiyyətində dövlət səviyyəsində Azərbaycana qarşı nifrət yaratmaqla və Dağlıq Qarabağ münaqişəsini dinlərarası konflikt kimi xarakterizə etməklə, Ermənistan rejimi münaqişənin uzanmasına görə birbaşa məsuliyyət daşıyır”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM