"Çətin oyun oldu. "Qarabağ" güclü komandadır. Ona görə də qələbə qazanmaq asan olmadı".
Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter"in baş məşqçisi Valter Matsari Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis "Qarabağ"la görüşdəki qələbənin onlar üçün çox önəmli olduğunu bildirib: "Bir neçə zədəli futbolçumuz oynamadı. Bununla belə, qələbə qazanmağı bacardıq. Qrup mərhələsində qarşıya qoyulan vəzifəni erkən yerinə yetirməliyik. Bu mənada "Qarabağ"la oyunda qazanılan qələbə çox önəmlidir. Lakin artıq biz bu oyunu unudub, bazar günü A Seriyada qarşılaşacağımız "Fiorentina" ilə matç haqda düşünməliyik".
Qeyd edək ki, qrupdakı ikinci görüşündə "Qarabağ"a 2:0 hesabı ilə qalib gələn "İnter" liderliyini bir qədər də möhkəmləndirib. - "İnter"in baş məşqçisi
ANN.Az