"Eurovision" mahnı müsabiqəsinin qalibi və Kiyevdə "Avromaydan" iştirakçısı olan müğənni Ruslana bildirib ki, naməlum şəxslər onu təhdid edirlər.
ANN.Az-ın "Utro.ru"ya istinadən vedrdiyi xəbərə görə, mətbuat konfransında çıxış edən müğənni deyib ki, naməlum şəxslər onu izləyirlər, hətta ola bilsin, onu öldürmək istəyənlər var.
"Mən siz bildirmək istəyirəm ki, artıq iki gündür, məni sui-qəsdlə təhdid edirlər. Maydanın içərəsində hansısa qrup mənə hücum etməlidir, onlar ya məni oğurlayacaqlar, ya öldürəcəklər, ya da silahdan istifadə edəcəklər". Təhdidlərin arxasında kimin durduğu, onu nə vaxt sui-qəsd etmək istədikləri barədə müğənni məlumat verməyib.
Ruslana yaradıcı fəaliyyətini siyasətə dəyişəndən sonra, birinci dəfə deyil ki, kəskin bəyənatla çıxış edir. Dekabrın əvvəlində "Avromaydan"dakı çıxışı zamanı o bildirmişdi ki, əgər ölkədə siyasi böhran həll olunmasa, özünü yandıracaq. "Mən sizə səmimi deyirəm, əgər dəyişiklik olmasa, mən bu Maydanda özümü yandıracam. Mən artıq bu qərara gəlmişəm", Ruslan kütlə qarşısındakı çıxışında demişdi.
O zamandan bəri isə Ukrayanda vəziyyət nəinki dəyişməyib, əksinə daha da pisləşib. Ancaq Ruslana hələlik sözünü yerinə yetirməyib.
Ruslana 2004-cü ildə "Eurovision"da "Wild Dances" mahnısıyla geniş populyarlıq qazanıb. 2006-cı ildə "Bizim Ukrayna" blokundan parlamentə deputat seçilsə də, sonradan mandatından imtina etmişdi.
ANN.Az