Yəmən Ərəb Respublikasında ata öz qızının nişanlısından başlıq əvəzi Facebook sosial şəbəkəsində 1 milyon "like" istəyib.Milli.Az The Straits Times-a istinadən bildirir ki, Taiz şəhərində yaşayan şair Səlam Əyaşın dediyinə görə, onun qızını almaq istəyən oğlan hər çətinliyə qatlanmalıdır."İnternetdən istifadənin məhdud olduğu, cəmi 25 milyon insanın yaşadığı Yəmən kimi ölkədə 1 milyon "like" yığmağın müşkül iş olduğunu bilirəm. Ama olsun, qızımın qədrini bilər. Ona demişəm: "1 milyon "like" gətir, qızımı apar". Bəli, bu, mənim şərtimdir", - Səlam Əyaş söyləyib.Xəbəri Yəmənin paytaxtı Sənada çıxan "Əl Əyyam" qəzetinin reportyoru Başarel Başarel də təsdiqləyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !