"Facebook" statusu 3 nəfərin ölümünə səbəb oldu

11:10 | 29.07.2014
"Facebook" statusu 3 nəfərin ölümünə səbəb oldu

"Facebook" statusu 3 nəfərin ölümünə səbəb oldu

Hadisə İslamabada 220 kilometr məsafədəki Pəncab vilayətində baş veribPakistanda "Facebook"da yazılan status 3 nəfərin ölümünə səbəb olub.ANS PRESS-in məlumatına görə, hadisə İslamabada 220 kilometr məsafədəki Pəncab vilayətində baş verib. 150-yə yaxın Əhmədiyyə məzhəbinin nümayəndələrinin yaşadığı ev atəşə verilib.Binanın atəşə verilməsiylə evdə olan bir qadın və iki qız uşağı həlak olub. Yaşlı qadın, 1 və 7 yaşlarında olan qızcığazlar yanaraq dünyalarını dəyişiblər. 8 nəfər isə yüngül xəsarətlər alıb.Pakistan polisi, hadisəyə 17 yaşındakı bir gəncin "Facebook"da paylaşdığı yazının səbəb olduğunu müəyyən edib. 17 yaşlı gənc isə bu yanğından canını qurtara bilib.Qeyd edək ki, Əhmədiyyə məzhəbi 1984-ci ildə qəbul edilən qanunla müsəlman olaraq tanınır. Bir çox pakistanlı buna baxmayaraq onları inancsız olaraq qəbul edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM