"Facebook"a dəyən ziyan: 500 min dollar

20:33 | 21.06.2014
"Facebook"a dəyən ziyan: 500 min dollar

"Facebook"a dəyən ziyan: 500 min dollar

Bir neçə gün əvvəl "Facebook" sosial şəbəkəsində yaranan bir neçə dəqiqəlik problem şirkətə 500 min dollara başa gəlib. 
ANS PRESS-in məlumatına görə, "Forbes" jurnalı hesablama nəticəsində ziyanın dəqiq məbləğini müəyyənləşdirib. 
Qeyd edək ki, "Facebook" 19 iyunda saat 13:00-da çökmüşdü. "Facebook"un ümumi auditoriyası 1,3 milyard insandır. Sosial şəbəkəyə gündəlik 800 milyon insan daxil olur. 
"Texniki problem səbəbindən istifadəçilər qısa zaman ərzində sosial şəbəkəyə daxil ola bilmədilər. Biz qısa zaman ərzində problemi aradan qaldırdıq. Narahatlığa görə hər kəsdən üzr istəyirik", - deyə "Facebook"un mətbuat xidmətindən bildiriblib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür