"Facebook"da Yenilik

20:02 | 24.11.2014
"Facebook"da Yenilik

"Facebook"da Yenilik

İndoneziyanın “Danamon Bank” maliyyə institutuəmanətçilərə vəsaitləri “Facebook” sosial şəbəkəsi ilə köçürməyə imkanverən mobil bankinq əlavəsini istifadəyə verib.

ANN.Az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, proqramdan bankın 2 milyon müştərisinin yararlanacağı gözlənilir.

 “D-Mobile” müştərilərə bir sıra bank əməliyyatını, o cümlədən hesabdaqalıq haqqında məlumatların əldə edilməsini, pulköçürmələrini, mobiltelefonla hesabların ödənilməsini, sosial şəbəkələrdə şəxsi hesablaraqoşulmanı həyata keçirməyə imkan verir.  

Əlavənin fərqləndirici cəhəti "Sosmed D-Cash” xidmətidir. Mobil xidmətbank müştərilərinə pul vəsaitlərini “Facebook” ilə digər istifadəçilərəonların "Danamon” bankının və ya digər maliyyə müəssisəsininəmanətçiləri olub-olmamasından asılı olmayaraq ötürməyə imkan verir.

Sosial şəbəkədə pulu mobil əlavə vasitəsilə köçürmək üçün alıcınıngöndərən şəxsin dostları sırasında olması tələb olunur. Göndərənköçürmənin məbləğini göstərməli, alıcının mobil telefon nömrəsini daxiletməli və ona pulu əldə etmək üçün xüsusi kod göndərməlidir. “Danamon”müştərisi pulu köçürdükdən sonra alıcının səhifəsində köçürmə haqqındabildiriş görünəcək. Pulu almaq üçün “Danamon”un “D-Cash” xidmətinidəstəkləyən bankomatlarından birindən istifadə edərək kodu və şəxsiyyətitəsdiq edən digər məlumatları, o cümlədən “Facebook ID” məlumatlarıdaxil edilməlidir. Hazırda ölkədə bankomatların 1,2 mini bu xidmətidəstəkləyir.

Bankın direktoru qeyd edib ki, İndoneziyada smartfonlarınpopulyarlığının sürətlə artması ilə əlaqədar olaraq maliyyə institutlarımobil servislərə olan tələbata uyğunlaşırlar. Bir müddət əvvəl “Facebook” şəbəkəsində pulköçürmələri xidmətininHindistan və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) istifadəyə verilməsibarədə məlumat verilib. 

ANN.Az

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM