Bütün dünyanı internetlə təmin etmək üçün "Facebook" sosial şəbəkəsi pilotsuz təyyarə yaratmağı planlaşdırır.
ANN.Az xarici KİV-lərə istinadən xəbər verir ki, layihənin detalları uzun müddət idi ki, açıqlanmırdı. Amma Nyu-Yorkda "Facebook" laboratoriyalarından birinin rəhbəri Yael Maguire bəzi detalları açıqlayıb. Məlumata görə, "Facebook"un pilotsuz təyyarələri günəş enerjisi ilə çalışacaq. Bu təyyarələr atmosfer qatının üzərində uça biləcək. Test uçuşlarına 2015-ci ildə başlanacaq. Tam fəaliyyətə isə 3-4 il içində buraxılacağı qeyd olunub.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !