"Facebook"dan istifadəçilərinə ŞAD XƏBƏR

15:34 | 07.12.2013
"Facebook"dan istifadəçilərinə ŞAD XƏBƏR

"Facebook"dan istifadəçilərinə ŞAD XƏBƏR

"Facebook" istifadəçiləri üçün daha bir yeniliyə imza atıb. 

"Facebook"da biri sizi dostluğa qəbul etdikdə bunu bildiriş qutusunda görəcəksiniz, ancaq biri dostluqdan sizi silərsə bundan xəbər tutmayacaqsınız. Bu, eyni zamanda paylaşılan statuslara da aiddir. Həmin statusları bəyənmək (like) olur, amma bəyənməmək (dislike) olmur. 

Qaynar.info xəbər verir ki, "Facebook"un mühəndislərindən olan Dan Muriello artıq yeni bir sistem üzərində işləməyə başlayıb. 

"Facebook"da "sympathize", yəni "hisslərimi paylaşıram" düyməsi sayəsində istifadəçilər mənasız, kədər bildirən paylaşımlarda bəyən düyməsi ilə qarşılaşmayacaq. Bunun əvəzinə "hisslərimi paylaşıram" düyməsi ilə təəssüfünü bildirəcək və şərh yazmasına da ehtiyac olmayacaq. 

Qaynar.info

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM