"Guardian"ın yazarı Ruby J Murrey yeni açılmış sosial şəbəkə saytı "Ello" haqqında müsbət fikirlərini bildirib.
Müəllif həmçinin Facebookun çatışmayan cəhətlərini də qeyd edib.
1) Facebook reklam tətbiqetməsindən geniş şəkildə istifadə edir. Facebookda girdiyiniz səhifələrə, etdiyiniz paylaşımlara uyğun olaraq reklam tətbiqləri insanlarda narahatlıq və sanki izlənirmiş kimi bir hiss yaradır.
2)Facebbokun uğur qazanmasının və bu uğuru qoruya bilməsinin səbəbi fotoşəkillərdir. Hər kəsin rahat yazılar, şəkillər paylaşa bilməsi, foto albomlar yarada bilməsi Facebookun ən özəl xüsusiyyətlərindəndir. Lakin zamana görə dəyişdirmə və arxivləşdirmə baxımından çox da müvəfəqqiyyətli deyil. İzlədiyimiz filmlər, musiqilər, oxuduğumuz kitablar, qəzet xəbərlər üçün asan interfeysli bir arxiv imkanı təmin etmir. Əgər Facebookdan daha yaxşı bir ictimai paylaşma saytı olacaqsa, bu tərz digər şeylərə də əl atması lazımdır.
3) Təbii olaraq, idarəçilər, istifadəçilərin saytda qalma vaxtını uzatmaq istəyir, buna görə ana səhifədəki xəbər axışını yavaşlatmaq üçün yoldaşlarımızın bizimlə heç bir əlaqəsi olmayan paylaşımlarını belə səhifəyə əlavə edir. Murray, bu məqamda Facebookun insanlarda mənfi rəy yaratdığını və zamanla insanları bu cəhətinə görə ondan uzaqlaşa biləcəyini bildirib.
ANN.Az