"Fazil Mustafa Azərbaycan xalqından üzr istəməlidir". ANS PRESS-in məlumatına görə bunu Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün keçirilən plenar iclasda çıxışı zamanı deyib. O bildirib ki, bu hansı səbəbdir ki, Fazil Mustafa Azərbaycanı Afrika ölkələri ilə müqayisə edir: “Səndə elə bir həvəs yaranıb ki, tez-tez Afrikaya səfər etməyə başlamısan. Səni Afrika xalqları ilə bağlı nə maraqlandırır? Azərbaycan xalqına qarşı bu cür yanaşmanın qəti əleyhinəyəm. Hesab edirəm ki, təkzib verib, Azərbaycan xalqından üzr istəməlisən".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !