Bu kitabı bütün dünyada tanıyırlar – “Ginnesin Rekordlar Kitabı”nı.İlk dəfə 1955-ci ildə İrlandiyanın "Ginness" pivə zavodunun sifarişi ilə nəşr olunan rekordlar kitabı, hazırda dünyanın 100-dən çox ölkəsində 24 dildə çap edilir. Bu kitab insanlar tərəfindən göstərilən və təbiətdə qeydə alınan ən yüksək nəticələri ümumiləşdirən məcmuədir.”Ginnesin Rekordlar Kitabı”nı Azərbaycanın gündəminə bu yaxınlarda Gürcüstanın Borçalı mahalında yaşayan azərbaycanlı, "Maqnit adam" ləqəbi ilə tanınan Etibar Elçiyev gətirdi. Öz bədəni ilə dəmir əşyaları saxlamağı bacaran Etibar Elçiyev bir dünya rekorduna imza ataraq, “Ginnesin rekordlar kitabı”nın 2014-cü il üçün hazırlanmış versiyasına düşməyi bacarıb.Etibar Elçiyev bədənindəki xüsusi maqnit cazibəsinin köməyi ilə eyni vaxtda bədənində saxladığı metal qaşıqların sayına görə üzrə dünya rekordu vurub. "Maqnit adam" bədənində eyni vaxtda 50 qaşıq saxlayıb. "Mən daha bir yarışa ciddi hazırlaşıram". Gürcüstanın Borçalı rayonunda yasayan azərbaycanlı, "Maqnit adam" ləqəbli Etibar Elçiyev Budaqlı Ginnesin Rekordlar Kitabının 2014-cü il üçün hazırlanmış versiyasına düşüb.Modern.az saytının məlumatına görə, Etibar Elçiyev “Ginnesin rekordlar kitabı”na düşən ilk azərbaycanlı deyil. Ondan əvvəl daha 5 azərbaycanlı və ya Azərbaycan vətəndaşı bu kitaba düşməyi bacarıb. Modern.az onların siyahısını təqdim edir:Fəxrəddin Vəliyev: Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belçikada yaşayan Fəxrəddin Vəliyev 2004-cü ildə adı "Ginnesin rekordlar kitabı"na düşmüş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə 20 nəfərin kölgəsini (siluetini) çəkməklə bu nailiyyətə çatıb. F.Vəliyev həyatının 25 ilini qrafika sənətinə və kölgə rəsmləri cəkməyə həsr edib.Onun 1992-ci və 1995-ci illərdə Afinada və İstanbulda fərdi sərgiləri təşkil edilib.2003-cü ilin dekabr ayında Brüsseldəki məşhur "Belqium" muzeyində Belçika kraliçası Fabiolanın rəsmini çəkib. Əsər kraliçanın çox xoşuna gəlib və o, həmyerlimizə məktub vasitəsi ilə öz təşəkkürünü bildirib.Vətənimizin Belçikada tanınması sahəsində yorulmadan təbliğat aparan F.Vəliyev həm də bu ölkədə fəaliyyət göstərən Avropa-Azərbaycan diaspor mərkəzinin vitse-prezidentidir.Ələsgər Həsənzadə: Lənkəran rayonu Aşağı Nüvədi kəndinin sakini Ələsgər Rəhim oğlu Həsənzadə 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb-enib. Onun 7 yaşında göstərdiyi bu rekord "Ginnesin Rekordlar Kitabına" düşüb. Çünki Həsənzadəyə qədər dünyada 7 yaşdan aşağı heç kim belə bir rekorda imza tmayıb.Stanislav Şpanin. 1990-cı ildə Bakı şəhərində anadan olmuş Stanislav milliyətcə rus olsa da, 2002-ci ildə Azərbaycan vətəndaşı kimi "Ginnesin Rekordlar Kitabı”na düşüb. O, dünyanın ilk gənc professional rəssamı kimi rekordlar kitabına adını yazdırıb. Stanislav Şpanin gənc rəssam olaraq bir cox beynəlxalq mükafatların sahibdir. O, 2005-ci ildə Azərbaycanı tərk edərək ABŞ-a köçüb.Qədir Hüseynov: Azərbaycanlı şahmat qrossmeysteri. 1986-cı ildə anadan olmuş Qədir Hüseynov 1994-cü ildə Rumıniyada keçirilmiş Avropa çempionatında 1-ci yeri tutaraq 8 yaşında qazandığı bu nailiyyətə görə "Ginnesin Rekordlar Kitabı”na düşüb. O, Müstəqil Azərbaycan Respublikasına qızıl medal qazandıran ilk şahmatçı kimi də tarixə düşüb. Hüseyn Rzazadə. Güney Azərbaycandandır. 1978-ci ildə Ərdəbildə anadan olub. Ağırlıqqaldırma üzrə ikiqat Olimpiya və dörd dəfə dünya çempionudur. Soydaşımız "Ginnesin Rekordlar Kitabı"na planetimizin an güclü pəhləvanı kimi daxil olub. 263 kiloqram ağrlığı başı üzərinə qaldıran Hüseyn 2004-cü ildə 263.5 kq. ağırlığı qaldırmaqla özünün müəllifi olduğu dünya rekordunu təzələyib.Muxtar Səfərov. Hazırda bütün dünyada model, stiptizçi aktyor olaraq tanınan Muxtar Səfərov dünyanın ən böyük cinsi organına sahib kişisi olaraq "Ginnesin Rekordlar Kitabı"na düşüb.Bakıda doğulub böyüyən Muxtar Səfərov əvəllər kikboksinq, bodobildinqlə məşğul olub. M.Səfərov bodibildinq yarışlarında tanınandan sonra Moskvaya model agentliyinə dəvət alıb və dünyada məşhurlaşması bundan sonra başlayıb. O, Bakıdan Moskvaya köçüb, daha sonra ABŞ və Braziliyada yaşayıb. Hazırda isə İngiltərənin paytaxtı Londonda yaşayır. Özünün dediyinə görə, rus, ingilis və portuqal dilində mükəmməl danışır. Eyni zamanda ispanca da bilir. O hazırda dünyanın məşhur model agentlikləri və ünlü modellərlə birgə çalışır.Qeyd edək ki, "Ginnesin Rekordlar Kitabı"na Azərbaycanla bağlı bəzi hadisələr də düşüb.Metro qəzası. 28 oktyabr 1995-ci ildə Bakı metrosunun "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə baş vermiş hadisə. Bu hadisədə qatarın alışması nəticəsində 300 nəfər həlak olub, 400 nəfər isə xəsarət alıb. Olay “Ginnesin Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb. Dövlət Bayrağı. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Bu dirəyin hündürlüyü 162 metrdir. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Bu bayraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !